satellite   Azerspace-1: 11135 H 30000

Fransada etirazlara 70 minə yaxın polis və jandarm cəlb olunacaq

Fransada etirazlara 70 minə yaxın polis və jandarm cəlb olunacaq

Noyabrın 21-i yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları zamanı Fransa boyunca 70 minə yaxın polis və jandarm asayişi təmin edəcək.

NTV "Le Parisien"ə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

Nazirin sözlərinə görə, təhlükəsizlik tədbirləri əvvəlki kimi qalacaq: "Gücləndirilmiş rejim oktyabrın 17-dən qüvvədədir. Qətiyyətlə hərəkət edilməsi barədə göstərişlər verirəm".

L.Nunyes həmçinin bildirib ki, hakimiyyət aksiyalarda radikal solçu qrupların və "qara blok" taktikası ilə hərəkət edən iştirakçıların peyda olacağını gözləyir. Onun sözlərinə görə, polis hüquq-mühafizə qüvvələrinin əməkdaşlarına qarşı hücumlara mane olmaq üçün tədbirlər görəcək.

Parisdə həmkarlar ittifaqları və gənclər təşkilatları birliyi Respublika meydanından Millət meydanına qədər yürüş elan edib. Aksiyaya mənzil hüququnu müdafiə edən fəallar da qoşulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM