satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada metal və elektrotexnika sənayesi işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə başlayıblar

Almaniyada metal və elektrotexnika sənayesi işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə başlayıblar

Almaniyanın metal və elektrotexnika sənayesi işçilərinin həmkarlar ittifaqı təşkilatı (IG Metall) işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə çağırıb.

NTV xəbər verir ki, ölkənin müxtəlif bölgələrində minlərlə işçinin qatıldığı aksiyalar nəticəsində bir sıra müəssisələrin fəaliyyətinin dayandırılması gözlənilir.

Tətilin əsas səbəbi əməkhaqqının artırılması və iş yerlərinin qorunması ilə bağlı danışıqlarda razılığın əldə olunmamasıdır. “IG Metall” əməkhaqlarının 5 faiz artırılmasını, iş yerlərinin və istehsal müəssisələrinin qorunması üzrə təminatlar verilməsini tələb edir. İşəgötürənlər isə 2027-ci ilin iyulunda birdəfəlik ödəniş və 2028-ci ilin iyulundan əməkhaqlarının 1,3 faiz artırılmasını təklif edirlər.

Tətillərin BMW və “Audi” avtomobil zavodları, eləcə də ölkənin digər sənaye müəssisələrini əhatə etməsi gözlənilir. Həmkarlar ittifaqı təşkilatının məlumatına görə, noyabrın əvvəlində qısamüddətli aksiyalara artıq 464 min işçi qoşulub.

Ölkə üzrə təxminən 3,7 milyon nəfər metal və elektrotexnika sənayesində kollektiv əmək müqaviləsi əsasında çalışır. Bu sənaye sahəsinə avtomobil istehsalı, maşınqayırma, elektrotexnika və metal istehsalı kimi mühüm sektorlar daxildir. Tərəflər arasında danışıqların üçüncü mərhələsi də nəticəsiz başa çatdığı üçün həmkarlar ittifaqı təzyiq aksiyalarını gələn həftənin əvvəlində də davam etdirməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM