satellite   Azerspace-1: 11135 H 30000

Messi MLS-də ən çox maaş alan futbolçu statusunu qoruyub

Messi MLS-də ən çox maaş alan futbolçu statusunu qoruyub

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-də ən yüksək maaş alan futbolçu statusunu qoruyub.

NTV ESPN nəşrinə istinadən xəbər verir ki, argentinalı ulduzun illik maaşı 28,3 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən illə müqayisədə 7,85 milyon dollar çoxdur.

MLS-də Messidən başqa daha dörd futbolçunun illik maaşı 10 milyon dolları ötür. Siyahıda ikinci yerdə “Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski (19,51 milyon dollar) qərarlaşıb. “Orlando Siti”nin futbolçusu Antuan Qrizmann 13,94 milyon dollarla üçüncü, “Los-Anceles”in hücumameyilli yarımmüdafiəçisi Son Xın Min 11,25 milyon dollarla dördüncü, “Atlanta Yunayted”in oyunçusu Bril Embolo isə 10,81 milyon dollarla beşinci yerdədir.

Qeyd edək ki, Messinin 28,3 milyon dollarlıq maaşı yalnız futbolçu kimi çıxışına görə aldığı məbləği əhatə edir. Daha əvvəl onun reklam müqavilələri və digər gəlirləri də daxil olmaqla, illik ümumi qazancının 70-80 milyon dollar təşkil etdiyi bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM