satellite   Azerspace-1: 11135 H 30000

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 min 43 doğulan körpə qeydə alınıb.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşüb.

Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,2), Qarabağ (10,1), Şərqi Zəngəzur (10), Quba-Xaçmaz və Mil-Muğan (9,5), Qazax-Tovuz (9,2), Mərkəzi Aran və Şirvan-Salyan (9,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,3) yüksək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM