Polşa Silahlı Qüvvələri ölkənin hava məkanının pozulması ilə bağlı iki şübhəli hadisəni araşdırır.
NTV xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb. Bildirilib ki, hadisələrdən biri Ukrayna sərhədindən təxminən 45 kilometr aralıda, Polşanın şərqində yerləşən Çmielek kəndində qeydə alınıb. Şübhəli obyektin yerə düşərək yanğına səbəb olduğu ehtimal edilir.
Polşanın Baş naziri Donald Tusk hazırda hava təhlükəsinin olmadığını, müvafiq qurumların hadisə yerində araşdırma apardığını bildirib.
