satellite   Azerspace-1: 11135 H 30000

Si Cinpin: Çin və Sinqapur strateji qarşılıqlı fəaliyyəti gücləndirməlidir

Si Cinpin: Çin və Sinqapur strateji qarşılıqlı fəaliyyəti gücləndirməlidir

Çin və Sinqapur dünyada son yüz ildə misli görünməmiş dəyişikliklər şəraitində strateji qarşılıqlı fəaliyyəti gücləndirməli və əməkdaşlığı inkişaf etdirməlidir.

NTV  "CCTV+" telekanalına istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin Şençjendə Sinqapurun Baş naziri Lourens Vonqla görüşündə bildirib.

Çin lideri vurğulayıb ki, hər iki ölkə innovasiyalar sahəsində liderlik edən inkişaf tərəfdaşları olmalı, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığı davam etdirməli, irimiqyaslı əməkdaşlıq layihələrinin yüksək səviyyədə icrasını təmin etməli, eləcə də azad ticarət haqqında sazişin genişləndirilmiş 4.0 versiyası üzrə danışıqlara başlamalıdır.

Si Cinpin rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və süni intellekt kimi sahələrdə əməkdaşlıq üzrə əlamətdar nəticələrin əldə edilməsinə, eləcə də ikitərəfli əməkdaşlığın daha çox innovativlik, intellektuallıq və dayanıqlı inkişaf istiqamətində təşviq edilməsinə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM