satellite   Azerspace-1: 11135 H 30000

İslamabadda Türkiyə-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib - FOTOLAR

İslamabadda Türkiyə-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font> İslamabadda Türkiyə-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Türkiyə Hərbi Hava Qüvvələri Komandanı general Rafet Dalkıran Pakistana səfər edib.

NTV  xəbər verir ki, üçgünlük səfər proqramı çərçivəsində general Dalkıran Pakistanın Quru Qoşunları komandanı və Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Seyid Asim Munir və Pakistan Hərbi Hava Qüvvələri Komandanı general Zahir Əhməd Baber Sidhu ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Türkiyə-Pakistan hərbi əməkdaşlığı ətraflı müzakirə edilib.

Türkiyə Hərbi Hava Qüvvələri Komandanı, həmçinin Pakistan Milli Aviasiya Elm və Texnologiya Parkını və Pakistan Aviasiya Kompleksini ziyarət edib.

O, həmçinin Risalpurdakı Əsgər Xan Pakistan Hərbi Hava Qüvvələri Akademiyasındakı Mükəmməllik Mərkəzini ziyarət edərək, orada təlim keçən Türkiyə Hərbi Hava Qüvvələri heyəti ilə görüşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM