satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu HƏMAS-ın 24 batalyonundan 17-nin məhv edildiyini bildirib

Netanyahu HƏMAS-ın 24 batalyonundan 17-nin məhv edildiyini bildirib

İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda (Qəzza – red.) mövcud olan 24 HƏMAS batalyonundan 17-ni məhv edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.

"Mən siyasətimizi aydınlaşdırmaq istəyirəm: ilk növbədə əsas məqsədimiz HƏMAS-ın məhv edilməsidir. Bu məqsədə çatmaq üçün HƏMAS-ın batalyonlarının azaldılması lazımdır. Bu günə kimi biz 24 batalyondan 17-ni məhv etmişik. HƏMAS-ın qalan batalyonlarının çoxu Qəzza zolağının cənubunda və Rəfahdadır. Onlara da vaxt çatacaq”, - deyə Netanyahu əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM