satellite   Azerspace-1: 11135 H 30000

İsrail hərbçiləri Livanın cənubundakı “Hizbullah” mövqelərini atəşə tutub

İsrail hərbçiləri Livanın cənubundakı “Hizbullah” mövqelərini atəşə tutub

İsrail qüvvələri Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Times of İsrael” İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

“İsrail qırıcılarının Blida və Meys əl-Cəbəl şəhərlərində vurduğu hədəflər arasında “Hizbullah”ın raket buraxılış və müşahidə məntəqəsi olub”, - məlumatda deyilir.

Blidadakı “Hizbullah” mövqeləri tanklardan da atəşə tutulub.

Bundan əvvəl Livan ərazisindən Kiryat Şmona şəhərinə bir neçə raket atıldığı barədə xəbərlər yayılıb. Onların bir hissəsi “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, qalanları isə açıq ərazilərə düşüb. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM