satellite   Azerspace-1: 11135 H 30000

KİV: Britaniya ordusu kadr çatışmazlığı səbəbindən genişmiqyaslı müharibəyə hazır deyil

KİV: Britaniya ordusu kadr çatışmazlığı səbəbindən genişmiqyaslı müharibəyə hazır deyil

Böyük Britaniya ordusu kadr çatışmazlığı və qoşunların saxlanılmasında çətinliklər səbəbindən genişmiqyaslı və uzunmüddətli müharibəyə hazır deyil.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti yanında Müdafiə Komitəsinin hesabatında deyilir.

"Hökumət hərbi sənaye bazasını islahatları sürətləndirmədən saxlaya və yüksəkintensivlikli döyüş hazırlığının istənilən səviyyəsinə nail ola bilməyəcək”, - hesabatda bildirilir.

Bundan əlavə, hesabat müəllifləri uzunmüddətli müharibəyə hazırlığın lazımi səviyyədə aparılmadığı qənaətinə gəliblər.

"Belə olan təqdirdə silahlı qüvvələri daha çox insanın tərk etməsi təəccüblü deyil", - hesabat müəllifləri deyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM