satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya 50 milyardlıq proqram çərçivəsində ilk yardımın veriləcəyi tarix açıqlanıb

Ukraynaya 50 milyardlıq proqram çərçivəsində ilk yardımın veriləcəyi tarix açıqlanıb

50 milyard avro dəyərində “Ukraine Facility” proqramının ilk tranşı mart ayında Ukraynaya göndəriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Avropa sözünün üzərində dayanır. Biz ödənişlərə mart ayında başlamağı planlaşdırırıq”, - o qeyd edib.

Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) cəsur tərəfdaşına və gələcək üzvünə bundan sonra da lazımi maliyyə dəstəyi verəcək.

Qeyd edək ki, fevralın əvvəlində Aİ-nin sammitində Ukraynaya büdcə yardımının uzunmüddətli proqramı təsdiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM