satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda qanunsuz pirotexnika zavodunda partlayış olub

Hindistanda qanunsuz pirotexnika zavodunda partlayış olub

Hindistanın Madhya Pradeş ştatında yerləşən pirotexnika zavodunda partlayış baş verib, nəticədə azı 11 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Hindustan Times” nəşri məlumat yayıb. Məlumata görə, zavod qeyri-qanuni fəaliyyət göstərirdi.

Hadisə nəticəsində daha 60 nəfər yaralanıb. Partlayış dalğası yaxınlıqdakı 60 evi dağıdıb, yüz evdən sakinlər təxliyə edilib, yoldan keçənlər xəsarət alıb. Partlayışların nəticələri müəssisənin ətrafında 15 kilometr radiusda hiss olunub.

“The Times of India” qəzetinin mənbələri bildirib ki, zavodun dağıntıları altında onlarla insan qala bilər. Buna görə də ölü və yaralı sayının artacağı istisna olunmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM