satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın yeni Baş naziri təyin olunub

Qazaxıstanın yeni Baş naziri təyin olunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz administrasiyasının sabiq rəhbəri Oljas Bektenovu respublikanın yeni Baş naziri təyin edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatları bundan əvvəl keçirilən iclasda səs çoxluğu ilə prezidentə O.Bektenovun hökumət başçısı vəzifəsinə namizədliyinin təsdiqlənməsi üçün razılıq veriblər.

Xatırladaq ki, fevralın 5-də Prezident Kasım-Jomart Tokayev Baş nazir Alixan Smailovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib. İstefanın səbəbləri açıqlanmayıb. Eyni zamanda Nazirlər Kabinetinin üzvlərinə yeni hökumət təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM