satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın yeni hökuməti formalaşıb

Qazaxıstanın yeni hökuməti formalaşıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu yenidən baş nazirin müavini - xarici işlər naziri, Ruslan Jaksılıkovu isə müdafiə naziri təyin edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Madi Takiyev isə ölkənin maliyyə naziri vəzifəsinə təyin olunub.

Tokayev Aybek Dadebayevi Prezident Administrasiyasının rəhbəri təyin edib.

Xatırladaq ki, daha əvvəl Tokayev Prezident Administrasiyasının keçmiş rəhbəri Oljas Bektenovu Baş nazir təyin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM