satellite   Azerspace-1: 11135 H 30000

BMT: Ukraynadakı müharibədə indiyədək 10 min 382 mülki vətəndaş həyatını itirib

BMT: Ukraynadakı müharibədə indiyədək 10 min 382 mülki vətəndaş həyatını itirib

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari Dikarlo Ukrayna-Rusiya müharibəsinin ilk günündən bu yana 10 min 382 nəfərin öldüyünü, 19 min 659 nəfərin isə yaralandığını bildirib.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, Dikarlo bu barədə Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı söyləyib.

Ukraynanın nəzarəti altında olan bölgələrdə son bir neçə həftədə Rusiya hücumlarının intensivləşdiyini ifadə edən Dikarlo deyib: “Keçən həftə cəbhə xəttində nəzərəçarpacaq artım oldu və başda Zaporojya bölgəsi olmaqla 570-dən çox yaşayış məntəqəsi hədəfə alındı. 12 mülki vətəndaş həyatını itirdi, 60 nəfər isə həlak oldu”.

Baş katibin müavini qeyd edib ki, Ukraynada 2023-cü il ərzində azalmağa meylli olan mülki itkilər dekabr ayından etibarən yenidən əhəmiyyətli dərəcədə artmağa başlayıb.

“Bir daha qeyd etməliyəm ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar harada olursa olsun, beynəlxalq hüquqa ziddir. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”,- deyə Baş katibin müavini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM