satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum edib

Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum edib

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarında raketlərlə hücumu nəticəsində partlayış olub, itki və dağıntı barədə məlumat verilməyib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Kiyevin meri Vitali Kliçko və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı yayıb.

Məlumata görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketlərin zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərib.

Bildirilib ki, Rusiyanın “Tu-95” qırıcıları ölkənin Murmansk vilayətindəki Olenya aerodromundan uçuş edib.

Məlumata görə, Ukraynanın Çerkassk, Xarkov, Nikolayevsk vilayətlərinə də hücum olub. Nikolayevskdə 1 nəfər ölüb, yaralananlar və dağıntılar var.

Hücumda İran istehsalı olan “Shahed” PUA-larından da istifadə olunduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM