satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Polşaya 1,2 milyard dollarlıq hərbi avadanlıq satacaq

ABŞ Polşaya 1,2 milyard dollarlıq hərbi avadanlıq satacaq

ABŞ Dövlət Departamenti Polşaya 1,2 milyard dollara ASRR radar kəşfiyyat sistemlərinin mümkün satışını təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, təklif edilən satış Polşanın hava vasitəsilə gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracaq. Gözlənilir ki, Polşa regional təhlükələrdən qorunmaq üçün bu sistemlərdən havadan erkən xəbərdarlıq sistemi kimi istifadə edəcək.

Mümkün sövdələşmənin NATO müttəfiqinin döyüş qabiliyyətini gücləndirməklə ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik sahəsində maraqlarının həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM