satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu: İsrail ordusu Misir və Qəzza sərhədində döyüşlərə hazırlaşır

Netanyahu: İsrail ordusu Misir və Qəzza sərhədində döyüşlərə hazırlaşır

Xan Yunisdəki döyüşlərdən sonra İsrail ordusu Qəzza zolağında Rəfahda hərbi əməliyyata hazırlaşır.

Naxçıvan televiziyası "The Times of Israel"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

“İsrail hazırda qoşunlarını çıxarsa, ordu necə mütləq qələbə qazana bilərmi” - sualına Netanyahu “bu, vaxt aparan prosesdir” cavabını verib. Baş nazir həmçinin HƏMAS-ın Qəzzanın şimalında mövqelərini bərpa etməsi ilə bağlı məlumatları təkzib edib. O, əminliklə deyib ki, İsrail ordusu orada qalan “qalıqları” məhv etmək üçün davamlı reydlər keçirir.

"HƏMAS-ın hərbi çöküşünə alternativ yoxdur. Hərbi çöküş olmadan heç bir mülki çöküş olmayacaq", - Netanyahu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM