satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Gara bölgəsində PKK terror qruplaşmasının rəhbərlərindən olan Yunus Demiri zərərsizləşdirib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

O, beynəlxalq axtarışda olub.

Qeyd edək ki, “Şivan Gever” kod adlı Yunus Demir 1995-ci ildən PKK terror qruplaşmasına qoşulub. Uzun illər Türkiyədə və İraqın şimalında qruplaşma daxilində fəaliyyət göstərib. Bu müddət ərzində başçılıq etdiyi dəstə ilə polis məntəqələrinə hücumlar təşkil edib. 2014-cü ildə İraqın Kandil bölgəsində “Şərqi Kürdüstan Müdafiə Birlikləri"nin rəhbərliyində yer alıb. 2015-2017-ci illərdə Suriyada PKK-nın qanadı YPG-nin “məsul”u olub. 2019-cu ildən isə İraqın Sincar bölgəsində “Müdafiə Birlikləri"nin “sahə məsulu” kimi terror fəaliyyət göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM