satellite   Azerspace-1: 11135 H 30000

KXDR-in raket sınağı Antoni Blinkenin Seula səfəri ilə üst-üstə düşüb

KXDR-in raket sınağı Antoni Blinkenin Seula səfəri ilə üst-üstə düşüb

ABŞ-ın dövlət katibi Antoni Blinkenin Seula səfəri zamanı Şimali Koreya ən azı bir ballistik raketın sınağını həyata keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, Cənubi Koreya ordusunun məlumatına görə, raket bazar ertəsi Koreya yarımadasının şərqindən dənizə doğru buraxılıb. Yaponiya Sahil Mühafizə Xidməti isə Şimali Koreyanın iki ballistik raketinin sınağı barədə məlumat yayıb.

KXDR bundan öncə, yanvarın 14-də keçirdiyi son sınaqlarda yeni güc mühərriklərini və manevr edə bilən döyüş başlığının imkanlarını yoxlamışdı.

Pxenyanın güc nümayişi ABŞ dövlət katibi Entoni Blinkenin bu gün Demokratiya Sammitdə iştirak etmək üçün Seula səfəri ilə üst-üstə düşüb.

Qeyd edək ki, Pxenyan ilk nüvə sınağını 2006-cı ildə həyata keçirib. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı nüvə və raket proqramlarını dayandırmağa çağıran çoxsaylı qətnamələr qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM