satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

“Biz bu yay İraqla sərhədin təhlükəsizliyini tam təmin edəcəyik. Suriyada yarımçıq qalan işimizi tamamlayacağıq”.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.

Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davamlı və qətli şəkildə aparılacaq:

“Biz ölmək, yox olmaq ərəfəsində olan bu müqaviləli qatil dəstələrinin yenidən çiçəklənməsinə və yenidən millətin başına bəla olmasına imkan verməyəcəyik. Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən tamamilə azad, yolu və bəxti aydın olan Türkiyəni çatdırmaqdır”.

Ərdoğan əlavə edib ki, Türkiyə son illər müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib: “Hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM