satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Dünya Bankı Misirə növbəti üç il üçün 6 milyard dollar həcmində maliyyə yardımı göstərəcək.

Naxçıvan televiziyası Bloomberg agentliyinə istinadla xəbər verir ki, Dünya Bankı Misir hökuməti tərəfindən həyata keçirilən iqtisadi islahat proqramını dəstəkləmək üçün 3 milyard, özəl sektoru gücləndirmək üçün də 3 milyard dollar ayıracaq. Bank sərmayələr üçün zəruri resurs və vəsaitləri səfərbər etmək niyyətindədir.

Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Məşət bildirib ki, Dünya Bankının Qahirə ilə uzunmüddətli strateji tərəfdaşlıq öhdəliyi çərçivəsində ayıracağı maliyyələşdirmə paketi ölkənin iqtisadi və inklüziv bərpasına dəstək olacaq.

Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı da Misirə təxminən 7,4 milyard avro yardım ayıracağını bəyan edib. Vəsaitin 5 milyard avrosu güzəştli kredit, 1,8 milyardı investisiya və daha 600 milyonu qrant şəklində veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM