satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Moskva və İrəvan Rusiya kanallarının yayımı ilə bağlı məsələnin həllini müzakirə edirlər

Zaxarova: Moskva və İrəvan Rusiya kanallarının yayımı ilə bağlı məsələnin həllini müzakirə edirlər

Moskva və İrəvan Rusiya telekanallarının yayımı ilə bağlı məsələnin həllini müzakirə edirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz bu məsələ ilə bağlı Ermənistan tərəfi ilə əlaqə saxlayırıq, məsləhətləşmələr aparırıq, fikir mübadiləsi yekunlaşmayıb. Bu məsələ ilə bağlı İrəvanla sıx əlaqədəyik”, - o bildirib.

Zaxarovanın sözlərinə görə, birgə vəzifə bütün mövcud problemli məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdir: “Bu cür təmaslarda iştirak edən nümayəndələr məhz buna diqqət yetirməlidirlər. Ermənistan tərəfinin Rusiya kanallarının yayımını kəsə biləcəyini düşünmürəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM