satellite   Azerspace-1: 11135 H 30000

Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı salıb

Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı salıb

NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanla, o cümlədən “Ukrayna məsələsində həmrəylik”lə bağlı bəyanatları əlaqələndirməyə borclu deyil.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı müxalif deputat Aqnessa Hamoyanın sualını cavablandırarkən NATO baş katibinin fikirlərinə belə reaksiya verib.

“Heç bir təcrübə yoxdur ki, səfərlər zamanı bəyanatlar razılaşdırılsın. Cənab Stoltenberqin (Ukrayna ilə) həmrəyliyimiz barədə açıq şəkildə söylədiklərini insanlar müxtəlif qiymətləndirə bilərlər. Bu gərgin vəziyyətdə müxtəlif tərəflərdən məmurlar peyda olub, onların adından qarşı tərəf üçün xoşagəlməz bəyanatlar verə bilərlər”, - Paşinyan cavab verib.

Ermənistanın baş naziri əlavə edib ki, ölkə Ukraynaya silah satmayıb və üstəlik, Paşinyan həm NATO-nun, həm də Rusiyanın Ermənistan əleyhinə bəyanatlar verdiyini iddia edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM