satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda bankda partlayış olub

Əfqanıstanda bankda partlayış olub

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində yerləşən "New Kabul Bank"ın filialında partlayış baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.

Partlayışın baş verdiyi bank filialının Qəndəhar polis qərargahının yaxınlığında yerləşdiyi bildirilir.

Qeyd olunub ki, partlayış ölkəyə rəhbərlik edən “Taliban”ın üzvləri banka toplaşarkən olub.

“Taliban” arasında itkilərin olduğu iddia edilsə də, onların dəqiq sayı bilinmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM