satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada prezident seçkilərində səsvermənin rəsmi nəticələri açıqlanıb

Rusiyada prezident seçkilərində səsvermənin rəsmi nəticələri açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin rəsmi nəticələrini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, yekun nəticələrə əsasən, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28 faizini toplayıb.

Digər namizədlər Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski isə 3,20 faiz səs toplayıb.

Prezident seçkilərində seçici fəallığı 77,49 faiz olub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM