satellite   Azerspace-1: 11135 H 30000

Zelenski dünyaya müraciət edib: Təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir

Zelenski dünyaya müraciət edib: Təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir

Gecikmələrin və təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin beynəlxalq ictimaiyyətə “X” vasitəsilə müraciətində deyilir.

Ölkə lideri bildirib ki, Ukraynaya yardım paketlərindən fərqli olaraq Rusiyaya raket tədarükündə gecikmələr olmur.

V.Zelenski Ukrayna şəhərlərinin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu diqqətə çatdırıb: “Tərəfdaşlarımız nəyin lazım olduğunu dəqiq bilirlər. Onlar bizi mütləq dəstəkləyə bilərlər. Bu, zəruri məsələdir”.

Ukrayna Prezidentinin sözlərinə görə, kütləvi raket hücumuna məruz qalmış şəhərlərdə elektrik enerjisinin verilişi bərpa olunur.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri son 2 gündür ki, Ukraynaya kütləvi raket hücumu edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM