satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Cənubi Koreya HHQ komandanları arasında görüş baş tutub

Türkiyə və Cənubi Koreya HHQ komandanları arasında görüş baş tutub

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu koreyalı həmkarı general Li Yonsu ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

Qeyd olunub ki, Türkiyə generalının rəsmi dəvəti ilə baş tutmuş görüş Hava Qüvvələri Komandanlığı Qərargahında keçirilib.

Məlumata görə, görüşdə həmçinin müdafiə naziri Yaşar Gülərin təltif etdiyi “Türkiyə Silahlı Qüvvələri ləyaqət nişanı” Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Camal Kadıoğlu tərəfindən koreyalı generala təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM