satellite   Azerspace-1: 11135 H 30000

Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub

Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub

Sakit okeanda, Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqında 5,4 maqnitudada zəlzələ baş verib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks-Bey şəhərindən 903 km şimalda, zəlzələ ocağı 44 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM