satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə AFP BMT-nin Ümumdünya Ərzaq Proqramına istinadla məlumat yayıb.

Bundan əvvəl “Reuters” agentliyi Əfqanıstan hökumətinin Daxili İşlər Nazirliyinə istinadla 151 nəfərin öldüyünü bildirmişdi.

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü bildirib ki, 2 mindən çox ev dağılıb. Ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM