satellite   Azerspace-1: 11135 H 30000

Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqın nəticəsində ölənlərin sayının 144 nəfərə çatdığını təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə yerli G1 portalı Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb, 125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox insana zərər vurub.

81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM