satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda daşqınlardan sonra 54,7 min nəfər evlərinə qayıdıb

Qazaxıstanda daşqınlardan sonra 54,7 min nəfər evlərinə qayıdıb

Qazaxıstanda daşqınlardan sonra evlərini tərk edən 54 min 755 nəfər geri qayıdıb.

Naxçıvan televiziyası xəbər verir ki, Kazinform agentliyi bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda təxliyə mərkəzlərində 5 min 291 nəfər qalmaqdadır. İndiyədək 11 min 205 yaşayış binasından və 3 min 516 həyətyanı sahədən su çəkilib.

Hazırda ölkənin qərbində vəziyyət gərgin olaraq qalır. Bir neçə gündən sonra Atırau vilayətində daşqının pik həddə çatacağı gözlənilir. Jayık çayının İnderbor qəsəbəsindən keçən hissəsində suyun səviyyəsi təhlükəli həddə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM