satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 52 şübhəli saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 52 şübhəli saxlanılıb

Türkiyənin Şanlıurfa vilayəti Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Şanliurfa və Konyada müəyyən edilmiş ünvanlarda eyni zamanda əməliyyat keçirilib. Şübhəlilər sağlamlıq yoxlamasından keçəndən sonra polis idarəsinə aparılıb.

Məlumata görə, Şanlıurfa vilayəti Jandarm Komandanlığı Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının İstanbul, Şanliurfa, Mersin, Konya, Sakariya və Boluda İŞİD terror qruplaşmasına qarşı keçirdikləri digər əməliyyat nəticəsində 8 şübhəli saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM