satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Yol Departamenti” Fondu məlumat yayıb.

Bu məsələ fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.

Qeyd olunub ki, ikinci körpünün tikintisinə ehtiyac İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması fonunda yaranıb.

Xatırladaq ki, çay üzərindən yeni körpünün tikintisi layihəsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvan mövcud körpüyə paralel olaraq yeni körpünün də tikiləcəyini istisna etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM