satellite   Azerspace-1: 11135 H 30000

NASA-nın missiyası Yupiterin maraqlı görüntülərini paylaşıb - FOTOLAR

NASA-nın missiyası Yupiterin maraqlı görüntülərini paylaşıb<font color=red> - FOTOLAR</font> NASA-nın missiyası Yupiterin maraqlı görüntülərini paylaşıb<font color=red> - FOTOLAR</font>

NASA-nın “Juno” missiyası nəhəng planetə 59-cu yaxın uçuşu zamanı Yupiterin maraqlı görüntülərini çəkib. Onlar Böyük qırmızı ləkə də daxil olmaqla, Yupiterin rəngarəng kəmərlərinə və fırlanan fırtınalarına daha yaxından nəzər salmağa imkan verir.

Naxçıvan televiziyası NASA-nın saytına istinadla xəbər verir ki, fotoşəkildə aydın görünür; cəmi 52 mil (84 kilometr) radiusu ilə Yupiterin təbii peyki olan Amaltia kartofa bənzəyən bir formaya malikdir və özünü kürə şəkinə salması üçün kütləsi yoxdur. 2000-ci ildə NASA-nın “Galileo” kosmik gəmisi zərbə kraterləri, təpələr və dərələr də daxil olmaqla bəzi səth xüsusiyyətlərini aşkar edib. Amaltia planetin dörd ən böyük peykinin ən yaxınında yerləşən İonun orbitində - Yupiter ətrafında dövr edir və onun bir orbiti tamamlaması 0,498 Yer günü çəkir.

Amaltia Günəş sistemindəki ən qırmızı obyektdir və müşahidələr göstərir ki, o, Günəşdən aldığı istilikdən daha çox istilik verir. Bunun səbəbi Yupiterin güclü maqnit sahəsi daxilində orbitdə fırlandığı üçün onun nüvəsində elektrik cərəyanlarının yaranması ola bilər. Alternativ olaraq, istiliyin Yupiterin cazibə qüvvəsinin yaratdığı gelgit gərginliyi səbəbindən də yaranması ehtimalı var.

NASA-nın paylaşdığı iki fotoşəkildən birincisinin çəkildiyi vaxt “Juno” kosmik gəmisi Ekvatordan təxminən 5 dərəcə şimal enində, Yupiterin bulud zirvələrindən təxminən 265.000 kilometr yuxarıda olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM