satellite   Azerspace-1: 11135 H 30000

Avropada terror hücumları riskləri artır

Avropada terror hücumları riskləri artır

Bir sıra Avropa dövlətlərinin kəşfiyyat xidmətləri Köhnə Dünyanın əhalinin sıx məskunlaşdığı şəhərlərində terror aktlarının baş verməsi ehtimalı barədə xəbərdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin güc strukturlarındakı mənbələri bu cür aktların başvermə riskinin artdığını bildiriblər. Almaniyaya qaçqın adı altında gələn İŞİD tərəfdaşlarının ölkədə vəhşiliklər törədə biləcəkləri barədə məlumatlar var. Şengen zonasında sərhədlərin şəffaflığını nəzərə alaraq, hücumlar qonşu ölkələrdə də baş verə bilər.

“Artıq bir neçə aydır ki, bütün Avropada hərbi hazırlıq vəziyyəti hökm sürür. Təkcə Almaniyada terrorçular artıq üç dəfədir ki, dəhşətli qanlı qırğın törətməyə çalışdılar, son dəfə Köln katedralində baş verib. Lakin kəşfiyyat xidmətlərinin qabaqlayıcı tədbirləri bu qruplara planlarını həyata keçirməyə imkan vermədi”, - deyə məlumatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM