satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

İsrail hərbçiləri Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də fələstinli radikalların hücumundan sonra öldürülən üç girovun meyitini aşkarlayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari xəbər verib.

“Təəssüflə bildirirəm ki, dünən gecə İsrail ordusu və Baş Təhlükəsizlik qüvvələri oktyabrın 7-də HƏMAS qırğını zamanı girov götürülən və onun tərəfindən öldürülən girovlarımız Şani Luk, Amit Buskila və Yitzhak Qelernterin meyitlərini tapıblar”, - o brifinqdə bildirib.

İsrail ordusunun əldə etdiyi məlumata görə, onların hər üçü festivalı tərk etmək istəyərkən öldürülüb, bundan sonra radikallar meyitləri Qəzza zolağına aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM