satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib

Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib

Ukrayna Prezidenti Volodimir Zelenski Çini iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə dəvət edib.

Naxçıvan televiziyası RTL-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı AFP-yə müsahibəsində bildirib.

“Mən istərdim ki, Çin sülh sammitində iştirak etsin”, - o vurğulayıb.

V.Zelenski bildirib ki, Pekin və digər dünya oyunçuları Rusiyaya təsir etmək imkanlarına malikdirlər: “Çin liderləri belə bir hisslə yaşayırlar ki, Rusiya müharibəni uduzsa, bu, Rusiya üçün məğlubiyyət deyil, ABŞ-nin qələbəsidir. Buna görə də onlar üçün bu, Ukraynanın qələbəsi və ya Rusiyanın məğlubiyyəti deyil, Qərbin qələbəsidir. Onlar bu iki anlayış arasında balans tapmaq istəyirlər”.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Lütsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM