satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Əfqanıstanda daşqından zərər çəkənlərə yardım edib

Türkiyə Əfqanıstanda daşqından zərər çəkənlərə yardım edib

Türkiyə Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətinin daşqından zərər çəkmiş sakinlərinə humanitar yardım göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Kabildəki səfirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Ölkəmizin daşqından zərər çəkmiş əfqan qardaşlarımız üçün hazırladığı humanitar yardım təyyarəsi bu gün Məzari-Şərif hava limanına enib. Əfqanıstan səlahiyyətlilərinə əməkdaşlığa görə minnətdarıq", - paylaşımda bildirilir.

Qeyd olunur ki, Ankara humanitar yardımın olduğu qatarı göndərməklə yardım səylərini davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM