satellite   Azerspace-1: 11135 H 30000

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Yaxın gələcəkdə Teleqram messencerində bir sıra dəyişikliklər ediləcək - tezliklə heşteqlərin köməyi ilə həyata keçiriləcək qlobal axtarış funksiyası işə düşəcək. Bu barədə platformanın qurucusu Pavel Durov məlumat verib.

Naxçıvan televiziyası xəbər verir ki, heşteqlərin tətbiqi istifadəçilərə bütün ictimai kanallarda məlumatları tapmağa imkan verəcək.

Durovun sözlərinə görə, bu ayın sonunda heşteqlərə daxil olmaqla, onun aid olduğu ictimai teleqram kanallarındakı bütün yazılara baxmaq mümkünləşəcək. Hazırda, əgər yalnız hər bir fərdi kanalın içərisində heşteqi olan yazıları axtarmaq mümkündürsə, funksiyalardakı yenilik kanallar üçün auditoriyanı daha da genişləndirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM