satellite   Azerspace-1: 11135 H 30000

Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir

Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir

Avropa İttifaqı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanı daşıyan helikopterin sərt eniş etməsi barədə xəbərləri diqqətlə izləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Göyərtəsində İran Prezidenti və xarici işlər nazirinin olduğu helikopterin gözlənilmədən eniş etmək məcburiyyətində qaldığı və onların vəziyyətinin hələ aydın olmadığı barədə xəbərləri diqqətlə izləyirik", - paylaşımda qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM