satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: İbrahim Rəisi və rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

Ərdoğan: İbrahim Rəisi və rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

“İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

“Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istəyirəm.

Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından keçmiş olsun deyir və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm”, - Ərdoğan qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM