satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası seçkilərə 5 ay qalmış Seçki Məcəlləsinə dəyişikliklər hazırlayır.

Naxçıvan televiziyası xəbər verir ki, məcəlləyə təklif olunan dəyişiklik layihəsində iki məsələ öz əksini tapacaq.

İlk növbədə, Mərkəzi Seçki Komissiyası sadə səs çoxluğu ilə qərar qəbul edə biləcək.

İkinci təklifə əsasən, MSK-nın 2/3-nin dəstəyini tələb edən qərar qəbul edilməzsə, o, dərhal yeni səsverməyə çıxarılır və bu dəfə sadə səs çoxluğu ilə qəbul edilə bilər.

Məqsəd isə komissiyanın işində blokadaya qarşı mexanizm yaratmaqdır.

Qeyd edək ki, dəyişiklikdə beynəlxalq və yerli ekspertlərdən, monitorinq təşkilatlarından ibarət “MSK-nın məsləhət qrupu”nun da ləğvi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM