Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirilib

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirilib

İyunun 25-də səhər saatlarında Çinin “Change-6” Ay zondu planetimizin təbii peykinin görünməyən tərəfindən toplanan torpaq nümunələrini Yerə çatdırıb.

NUHÇIXAN xəbər verir ki, zonddan paraşütlə atılan kapsul ÇXR-in Daxili Monqolustan əyalətində yerə enib. Ayın görünməyən tərəfindən toplanan torpaq nümunələrinin Yerə çatdırılması tarixdə ilk dəfədir baş tutur.

Xatırladaq ki, orbital, eniş, uçuş və qayıdış modullarından ibarət olan “Change-6” missiyası 53 gün davam edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM