satellite   Azerspace-1: 11135 H 30000

Aİ Şurası Ukrayna ilə təhlükəsizlik haqqında sazişi təsdiqləyib

Aİ Şurası Ukrayna ilə təhlükəsizlik haqqında sazişi təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Lüksemburqda Avropa işləri üzrə nazirlər səviyyəsində keçirilən iclas zamanı Aİ ilə Ukrayna arasında təhlükəsizlik sazişinin müddəalarını təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verər ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın xarici işlər naziri Hadija Labib görüşdən sonra məlumat verib.

“Aİ Şurası bu gün Aİ və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik öhdəlikləri haqqında sazişin müddəalarını təsdiqləyib”, - o bildirib.

O, bu sənədin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

Sənədin Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvətli qonaq qismində çıxış edəcəyi Aİ sammitində imzalanması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM