Keniyada iğtişaşlar səbəbindən fövqəladə vəziyyət elan edilib

Keniyada iğtişaşlar səbəbindən fövqəladə vəziyyət elan edilib

Keniyada hökumət əleyhinə etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin müdafiə məsələləri üzrə baş katibi Aden Bare Dualanın "Kenya Gazette" qəzetində dərc olunan fərmanında deyilir.

Sənəddə qeyd olunur ki, Keniya Müdafiə Qüvvələri etirazlar fonunda polisə dəstək olmaq üçün yerləşdirilib.

Xatırladaq ki, iyunun 18-də Keniyada əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb və bütün ölkəyə yayılıb. Paytaxtda və digər iri şəhərlərdə mitinqlər keçirilir. Etirazçılar iddia edirlər ki, yenilik iqtisadiyyata ziyan vuracaq, yaşayış minimumunu artıracaq.

İyunun 25-də Nayrobidə etirazçıların parlamentə daxil olması və həmçinin Nayrobi Şəhər Şurasının binasını yandırması ilə vəziyyət gərginləşib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM