Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib

Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib

Fransa Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlükəsi barədə xəbərdarlıq edib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Qeyd edilib ki, səsvermə çoxsaylı təhlükəsizlik təhdidləri fonunda keçiriləcək və terror hücumları təhlükəsi son dərəcə yüksək olaraq qalır. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə kiberhücumların və məlumatların manipulyasiyasının ola biləcəyini güman edir.

Xatırladaq ki, iyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə məğlubiyyət fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Növbədənkənar parlament seçkilərində səsvermənin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM