satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya Ukraynadakı üç layihəyə maliyyə vəsaiti ayıracaq

Finlandiya Ukraynadakı üç layihəyə maliyyə vəsaiti ayıracaq

Finlandiya Ukraynadakı üç layihə üçün 9 milyon avrodan çox vəsait ayıracaq.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, maliyyə vəsaiti peşə təhsili və təliminə, havanın keyfiyyətinin monitorinqinə və infrastrukturun bərpasına dəstək verəcək.

2024-2026-cı illər üçün peşə təhsili və təliminin dəstəklənməsi üçün 2,2 milyon avro ayrılıb.

Havanın keyfiyyətinin monitorinqinin yaxşılaşdırılması üçün 2024-2028-ci illər üçün 2 milyon avro ayrılıb.

2024-2025-ci illərdə Finlandiya Avropa İnvestisiya Bankının Ukrayna üzrə Aİ Fonduna (EU4U) 5 milyon avro maliyyə vəsaiti ayırmaqla Ukraynanın bərpasına dəstək verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM