satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan NATO-nun sammitində iştirak edəcək

Gürcüstan NATO-nun sammitində iştirak edəcək

Gürcüstan NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan yubiley sammitində iştirak edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili başçılıq edəcək. Nazir xarici işlər nazirlərinin iyulun 10-da tərəfdaş ölkələr formatında keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcək.

"İliya Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə də iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Qeyd edək ki, sammitin proqramına əsasən, tərəfdaş ölkələrin xarici işlər nazirləri səviyyəsində iştirakı təmin edilir, ona görə də Gürcüstanın xarici işlər naziri Vaşinqtonda keçiriləcək sammitdə iştiraka dəvət olunub”, - məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM