satellite   Azerspace-1: 11135 H 30000

İranda seçki qutularını daşıyan avtomobilə hücum olub, ölən və xəsarət alanlar var

İranda seçki qutularını daşıyan avtomobilə hücum olub, ölən və xəsarət alanlar var

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

Naxçıvan televiziyası “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub.

İranın “Press TV” telekanalının məlumatına görə, hadisə zamanı daha beş nəfər yaralanıb. Öz növbəsində, “Fars” agentliyi hücumdan sonra bülletenlərin səslərin sayıldığı vilayət qubernatorluğuna aparıldığını bildirib.

İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM